Mərkəzi Bank açıq tender elan edir.
Qarabağ Dirçəliş Fondu sığortaçı seçdi - QALİB ŞİRKƏT
FED.az xəbər verir ki, elanda əsas vəsaitlərin sığortalanması xidməti nəzərdə tutulub.
Qeyd edək ki, 1 il müddətinə daşınmaz əmlakın icbari və əlavə risklərdən sığortası, maşın və avadanlıqların sığortası, elektron cihaz və avadanlıq sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası xidmətləri satın alınacaq.
Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir.
Satınalan təşkilatın VÖEN-i: 9900071001
Satınalan təşkilatın ünvanı: AZ1014, Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90
Ehtimal olunan qiymət: 249.181,60 AZN
Müsabiqənin dərc edilmə tarixi və vaxtı: 22.10.2024 17:49
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 18.11.2024 17:00
Zərflərin açılış tarixi və vaxtı: 18.11.2024 17:00
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Şəhriyar İmanov, Böyük mütəxəssis