"Dövlət Ehtiyatları Agentliyi" PHŞ tərəfindən "İnformasiya Texnologiyaları üzrə avadanlıqların, lisenziya və proqram təminatının satın alınması" üzrə 23 may 2023-cü il tarixində elan edilmiş açıq tender proseduru üzrə malgöndərənlərin sorğusu əsasında "Dövlət satınalmaları haqqında" AR Qanunun 30.2-ci maddəsinə əsasən tender təklifləri və təkliflərin təminatı sənədlərinin qəbulu 04 iyul 2023-cü il saat 18:00-dək uzadılır.
FED.az xəbər verir ki, tender üzrə təklif zərflərinin açılışı 05 iyul 2023-cü il tarixində saat 11:00-də keçiriləcəkdir. Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.
Əlaqələndirici şəxs - Rasim Orucov
Əlaqələndirici şəxsin nömrəsi - +994122100195 (2288)
Digər əlaqə vasitələri - [email protected]