Dövlət Ehtiyatları Agentliyi “ADEA-nın Gəncə və Səngəçal filiallarındakı taxıl elevatorlarında mövcud olan siloların daxilində temperaturun ölçülməsi və nəzarəti sisteminin yenilənməsi üçün lazım olan mal və işlərin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Silo Construction” MMC olub.
Qalib şirkətə 697 799 manat ödəniləcək.
Bu qiymətə daxildir : hər birindən 416 ədəd olmaqla silo daxilində istilik və nəmölçmə qurğusunun (sensorların) alınması və yararsız sensorların demontaj olunması və yeni sensorların quraşdırılması işləri, hər birindən 3 ədəd omaqla kompüter dəsti və fasiləsiz enerji təchizatı avadanlığının (UPS) satınalınması və 2 ədəd proqram təminatının quraşdırılması və sazlanması