"Dövlət Dəniz və Liman Agentliyi" Publik Hüquqi Şəxsi (VÖEN – 1703188621) kotirovka sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğu Agentliyin 2025-ci il üzrə maliyyə hesabatlarının auditi xidmətinin satın alınması ilə bağlıdır. Ehtimal olunan qiymət 18 min 467 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 13 yanvar 2026-cı il, saat 15:00, zərflərin açılışı isə həmin tarixdə, saat 15:00-da keçiriləcək.
Xidmətə daxildir:
2025-ci il üzrə Agentliyin maliyyə hesabatlarının MHBS-yə (Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına) uyğun müstəqil auditor rəyinin hazırlanması xidməti,
• Audit bitdikdən sonra ümumi audit prosesi, qarşılaşılan çətinliklər, aidiyyəti üzrə qurumda inkişaf etdirilməli istiqamətlər barədə Auditin yekunlarına dair Arayışın təqdim edilməsi
İştirak haqqı 37 manatdır. Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.
İstifadə haqqı isə 25 manat təşkil edir. Təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçməklə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxs: Elçin İsmayılov - Satınalma şöbə müdiri
[email protected]
+994 12 497 44 05
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 13 yanvar 2026-cı il, saat 15:00-a qədər Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 2 B ünvanına təqdim edə bilərlər.











