"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti (VÖEN – 1700531291) açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderin predmeti 31 dekabr 2025-ci il tarixdə bitən il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının Beynəlxalq Standartlarına uyğun (MHBS) auditi xidmətlərinin keçirilməsinin satınalınmasıdır. Ehtimal olunan qiymət 15 min 681 manat 80 qəpik təşkil edir.
Tender 23 dekabr 2025-ci il, saat 11:55-də dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 19 yanvar 2026-cı il, saat 15:00, zərflərin açılışı isə həmin tarixdə, saat 15:00-da keçiriləcək.
İştirak haqqı 31,36 manatdır. Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.
İstifadə haqqı isə 25 manat təşkil edir. Təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçməklə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxs: Zamiq Səmədov - Satınalmalar üzrə mütəxəssis
[email protected]
+994 77 419 00 09
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 19 yanvar 2026-cı il, saat 15:00-a qədər AZ1123, Bakı şəhəri, Xətai rayonu Xudu Məmmədov küçəsi 3 ünvanına təqdim edə bilərlər.











