Dövlət Dəniz və Liman Agentliyi daha iki tenderi yekunlaşdırıb.
FED.az xəbər verir ki, qalib şirkətlər aşağıdakı tenderlər üzrə müəyyən edilib.
"Katriclərin doldurulması xidməti" tenderinin qalibi "Azmiut Təchizat" MMC (VÖEN: 1306553451) olub.
Şirkətlə 2 794 manat məbləğində müqavilə imzalanıb.
"Avtomobillərin cari təmir işlərinin satın alınması" tenderinin qalibi isə "Furqan Avto" MMC (VÖEN: 2100451431) olub.
Şirkətlə 11 436 manat məbləğində müqavilə imzalanıb.