Dövlət Dəniz Akademiyası “İaşə xidmətinin satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Doydum Catering” MMC olub.
Şirkətlə 557 500 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən 125 000 nəfər üçün yemək xidmətinin satın alınması nəzərdə tutulub.