Dövlət Su Ehtiyatları Agentliyi ““Dövlət su ehtiyatlarından səmərəli istifadə uzunmüddətli strategiyanın və kapital xərclərinin effektivliyinin artırılması proqramının hazırlanması” xidmətinin satın alınması” tenderinin nəticələrini elan edib.
Dövlət Agentliyinə yeni bina tikiləcək - 16 MİLYONA BAŞA GƏLƏCƏK
FED.az xəbər verir ki, tenderin qalibi “McKinsey and Company (Azerbaijan) Inc.” şirkətinin Azərbaycan Respublikasındakı Filialı olub.
Qalib şirkətlə 5 015 000 manat məbləğində müqavilə imzalanıb.
Xatırladaq ki, Dövlət Su Ehtiyatları Agentliyi bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib.