İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs “Tibb müəssisələri üçün dərman vasitələri”nin satın alınması ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb.
Eləcə də bax: Dövlət Agentliyinin 9 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
FED.az xəbər verir ki, qalib şirkətlər "Sedef Pharma" MMC, "Referans Pharmaceuticals" MMC, "Azəri Med" QSC, "Avromed Company" QSC və "Zeytun Pharmaceuticals" MMC-dir.
Agentlik "Sedef Pharma" ilə 396 min 008 manatlıq, "Referans Pharmaceuticals" ilə 703 min 44 manatlıq, "Azəri Med" ilə 1 milyon 848 min 155 manatlıq, "Avromed Company" ilə 1 milyon 212 min 997 manatlıq və "Zeytun Pharmaceuticals" ilə 1 milyon 518 min 167 manatlıq müqavilələr imzalayıb. Müqavilələrin cəmi məbləği 5 milyon 678 min 370 manatdır. (Marja)