İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində tibbi sərfiyyat mallarının, laborator reaktivlərin və sərfiyyat mallarının, həmçinin PCR kit dəstlərin və onlara uyğun sərfiyyat mallarının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Eləcə də bax: Bakıda yeni işıqforların quraşdırılmasına - 3,2 MİLYON MANAT XƏRCLƏNƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında verilən məlumata görə, tenderin qalibi "Zeytun Pharmaceuticals" MMC-dir.
Qalib şirkətə 8,803 milyon manat ödəniləcək.
Xatırladaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2016-ci ilin fevral ayında Nazirlər Kabineti yanında faliyyətə başlayıb, həmin ilin noyabr ayından publik hüquqi şəxsə çevrilib. Agentlik icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən qurumdur.