Vətəndaşlara Xidmət Və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi iri məbləğli tenderin nəticəsini elan edib.
FED.az xəbər verir ki, qalib "Nur-E.A." MMC olub.
Qalib şirkətə 1 680 689 manat ödəniləcək.
Qeyd edək ki, tenderdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatı və "ASAN xidmət" mərkəzləri üçün “Dəftərxana və təsərrüfat xərcləri” paraqrafı üzrə bəzi malların satınalınması” nəzərdə tutulur.