Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi texniki dəstək xidməti ilə bağlı açıq tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, "Conrad" MMC qalib olub.
Qalib şirkətə 372 min manat ödəniləcək.
Xatırladaq ki, tenderdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatı və “ASAN xidmət” mərkəzlərində mövcud olan soyutma, havalandırma və isitmə sistemlərinə 2023-cü il ərzində texniki dəstək xidmətinin satınalınması nəzərdə tutulur.