Dövlət Xəzinədarlığı Agentliyi növbəti tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, qalib "B2B Group" MMC (VÖEN: 1005873041) olub.
Qalib şirkətə 102 168 manat ödəniləcək.
Tenderdə "DNS təhlükəsizlik həllinin alınması, quraşdırılması, sazlanması və SSL sertifikatların istifadə müddətinin uzadılması nəzərdə tutulur.
Qeyd edək ki, "B2B Group" MMC bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə 1 186 977 manat dəyərindəki "“Elektron poçt sisteminin qurulması üçün lisenziyanın və Nazirliyin Aparatında strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyində olan qurumlarda istifadəçi İT avadanlıqlarında proaktiv informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə XDR lisenziyasının satın alınması" tenderi üzrə müqavilə bağlayıb (02.03.2023).