İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi daha bir iri məbləğli tenderin nəticələrini açıqlayıb.
FED.az “Endoprotez və digər travmatoloji əməliyyatlarda istifadə olunan tibbi ləvazimatların və sərfiyyat materialları”nın satın alınması" tenderinin qalibi “Alfamed LTD” MMC (VÖEN: 1400067081) olub.
Şirkətlə 2 milyon 706 min 271 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Alfamed LTD” MMC daha öncə də agentliklə eyniadlı tender üzrə 974 min 326 manat məbləğində müqavilə imzalayıb (06.04.2022)
"Alfamed" şirkəti 24.12.2003-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsilçisi Kübra Əliyeva Yaşar qızıdır. Hüquqi ünvanı Az1007, Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, ev 84, m 7-də yerləşir.