İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi "“Şəkərli diabet xəstəliyi Dövlət Proqramı üzrə tibbi ləvazimat və sərfiyat malları”nın satın alınması" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, qalib şirkət olaraq "Keşəli" MMC olub.
Tenderin dəyəri 5 073 881 manatdır.
Qeyd edək ki, şirkət daha ümumilikdə indiyədək 6 tenderin qalibi seçilib. Onlardan üçünü İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən, üçünü isə DİN Daxili Qoşunlar Baş idarəsindən alıb.
Şirkət özü 30.05.2002-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsilçisi İlham Bəkirov Bəkiroğludur. Hüquqi ünvanı AZ1096, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ev 62, m 32-dir.