İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “"Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" üzrə tibbi avadanlıqların və ləvazimatların satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Medsol” MMC olub. Şirkətlə 2 milyon 340 min 904.06 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl Beyləqan Rayon Mərkəzi Xəstəxanasının 91 min 972.5 manat dəyərindəki “Maşın və avadanlıqların satınalınması“ tenderi üzrə müqavilə imzalanıb (26.12.2022) .