İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi ““Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinin əsaslı təmiri işlərinin satın alınması” üzrə tenderlər elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 1500 manatdır. Müsabiqə dekabr ayının 21-də başlayır. Tələb olunan sənədlər yanvarın 13-dək, təkliflər isə yanvarın 24-dək təqdim edilməlidir. Zərflər yanavrın ayının 25-də açılacaq.
Satınalan təşkilatın ünvanı: Nəsimi rayonu, Lev Tolstoy küç 170
Əsaslı təmir işləri müqavilə imzalandıqdan sonra ən geci 18 ay ərzində yerinə yetirilib tamamlanmalıdır.
Çatdırılma yeri: Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evi.