Dövlət Turizm Agentliyi 3 tenderə yekun vurub.
FED.az xəbər verir ki, qalib şirkətlərlə toplamda 902 971 manat məbləğində müqavilələr imzalanıb.
Daha detallı satınalma predmeti, qalib şirkətlər və məbləğlər aşağıdakı kimidir :
| 
			 Satınalma predmeti  | 
			
			 Qalib şirkət  | 
			
			 Məbləğ  | 
		
| 
			 Ölkəmizdə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası tədbirinə hazırlıq çərçivəsində Bakı və Abşeron regionları üzrə yeni turizm bələdçilərinin (bələdçi şərh kitabı daxil olmaqla) hazırlanması və sertifikatlaşdırılması xidmətlərinin satın alınması  | 
			
			 “Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası” İctimai Birliyi  | 
			
			 255 150 AZN  | 
		
| 
			 ölkəmizdə keçiriləcək COP29 tədbirinə hazırlıq çərçivəsində Bakı, Sumqayıt və Abşeron regionunda yerləşən hotellərin ulduzlaşma meyarları üzrə audit və konsaltinq xidmətlərinin satın alınması  | 
			
			 “Milli Otel Assosiasiyası” İctimai Birliyi  | 
			
			 255 000 AZN  | 
		
| 
			 Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “ATM Dubai 2024” sərgisi üzrə Azərbaycan stendi üçün tələb olunan 202.5 m² sahənin icarəsi xidmətlərinin satın alınması  | 
			
			 “Reed Exhibitions Limited” şirkəti  | 
			
			 392 821 AZN  | 
		


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







