Minatəmizləmə Agentliyi “"Mina təhlükəsi ilə mübarizə: çağırışlar və imkanlar" adlı beynəlxalq konfransın təşkili, konfransda iştirak üçün ölkəmizə səfər edəcək xarici dövlət və təşkilatların rəsmi şəxsləri və nümayəndələrinin qəbulu və onlara xidmət göstərilməsi ilə əlaqədar malların (işlərin və xidmətlərin) satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi «"ARİSTOKRAT TRAVEL» MMC şirkəti olub. Şirkətlə 376 min 587 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də həmin agentliyin 215 min 497 manat dəyərindəki “Minasız Azərbaycan, Təhlükəsiz Qarabağ” adlı beynəlxalq konfransın təşkili, konfransda iştirak üçün ölkəmizə səfər edəcək xarici dövlət və təşkilatların rəsmi şəxsləri və nümayəndələrinin qəbulu və onlara xidmət göstərilməsi ilə əlaqədar malların (işlərin və xidmətlərin) satın alınması” (04.04.2022) tenderini qazanıb.