İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi elan etdiyi 2 tenderin qalibini açıqlayıb.
Eləcə də bax: Dövlət Agentliyi 2 milyon manatlıq tenderin qalibini - AÇIQLADI
FED.az xəbər verir ki, hər iki tenderin qalibi “Avromed Company" QSC olub.
Hemofiliya xəstəliyi ilə mübarizə tədbirləri çərçivəsində dərman vasitələrinin satın alınması üzrə tenderin dəyəri 12 milyon 80 min 269 manat, Şəkərli Diabet dövlət Proqramı üzrə inyeksion şəkərsalıcı və hipoqlikemik dərman vasitələrinin satın alınması üzrə tenderin dəyəri isə 38 milyon 75 min 408 manatdır.
Hər iki tenderin ümumi məbləği 50 milyon 155 min 677 manatdır.
Artıq tərəflər arasında satınalma müqaviləsi bağlanılıb
Xatırladaq ki, Avromed Company QSC bundan əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tibb müəssisələrinin istifadəsi üçün tibbi ləvazimat və sərfiyyat materiallarının satın alınması üzrə 468 383 manatlıq tenderini qazanıb.