“Azəralüminium” MMC “Nasos və nasosların ehtiyyat hissələrinin (rotor, işçi təkər, val, qoruyucu oymaq, fənər həlqəsi, mufta və rezin elementləri, kipgəc gövdəsi, istiqamətləndirici disk və mexaniki kipgəclər) satınalınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Unimak” MMC şirkəti olub. Şirkətlə 171 min 134 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də İnformasiya Texnologiyaları Və Məlumat İdarəetmə Mərkəzinin 94 min 078 manat dəyərindəki “Soyutma gücü 330 kvt/saat olan çiller qurğusunun satın alınması” (24.05.2022) tenderini qazanıb.