Bakı Nəqliyyat Agentliyi “Agentliyin verilənlər bazalarının, elektron sənədlərin, video məlumatların, səs yazılarının və serverlərin əməliyyat sistemlərinin məlumat saxlama avadanlıqları üçün istehsalçının zəmanət-texniki dəstək xidməti paketinin 12 aylıq uzadılmasının və 12 aylıq texniki dəstək xidmətlərinin satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Aris” MMC olub.
Şirkətlə müvafiq olaraq tender üzrə 742 min 494.68manat dəyərində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl Respublika Endokrinoloji Mərkəzinin 27 min 070.03manat məbləğindəki “Maşın və avadanlıq mallarının satınalınması” üzrə müqavilə bağlanılıb (05.12.2022)