Dövlət Sosial Müdafiə Fondu anbar və ofis sahələrinin icarəyə götürülməsi üzrə tenderlər elan edir.
FED.az xəbər verir ki, “Fond üçün Anbar sahəsinin icarəsi xidmətinin satın alınması” tenderdə iştirak üçün tələb olunan məbləğ 150 (anbar sahəsi 500 m2), “Fondun Maddi - Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması” tenderində iştirak haqqı 350 (ofis sahəsi 3000 m2) və “Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması” (ofis sahəsi 10000 m2) tenderində iştirak haqqı 450 manatdır. Hər üç müsabiqə dekabr ayının 8-də başlayıb. Tələb olunan sənədlər dekabrın 29-dək, təkliflər isə yanvarın 11-dək təqdim edilməlidir. Zərflər yanvar ayının 12-də açılacaq.
Qeyd: Yekun məbləğ təklif edilərkən 9 ay nəzərə alınmalıdır.
Satınalan təşkilatın ünvanı: Həsən bəy Zərdabi 80