İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs “Autouniversal” MMC ilə 2 milyon manatlıq müqavilə bağlayıb.
Eləcə də bax: Dövlət Agentliyi 5 mln manatlıq - 3 Tenderə Yekun Vurub
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, müqavilədə kiçik həcmli yüklərin daşınması üçün istifadə olunan 60 ədəd universal tipli avtomobillərin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1 647 000 manatdır.