İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi immunobioloji dərman vasitələrinin (1), tibb müəssisələri üçün spesifik dərman vasitələrinin (2), eləcə də ana və uşaqların sağlamlıqlarının yaxşılaşdırılmasına dair dövlət proqramı üzrə sərfiyyat mallarının (3) alınması ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.
Eləcə də bax: Səhiyyə Nazirliyinin 1,3 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında verilən məlumata görə, tenderlərin qalibləri “Esam LTD” və “Referans Pharmaceuticals” MMC-lər (1), “Esam LTD”, “Referans Pharmaceuticals” və “Yurd Pharma” MMC-lər (2), “Araş” firması, “Medsol” MMC, “Besan” MMC və “Paşa-K” firmasıdır (3).
Qalib şirkətlərə 217,3 min manat, 1 476,5 min manat (1), 568,3 min manat, 1 192,9 min manat, 647,3 min manat (2), 492,7 min manat, 117 min manat, 57,7 min manat və 48,9 min manat (3), ümumilikdə isə 4 818,6 min manat ödəniləcək.