İcbari Tibbi Sığorta Agentliyi ““Tibb müəssisələri üçün dərman vasitələri”nin satın alınması” ilə bağlı 4 tenderin nəticəsini açıqlayıb.
FED.az xəbər verir ki, tenderlərin qalibi müxtəlif şirkətlər olub.
Belə ki, eyni adlı tenderlər üzrə “Azəri Med” QSC (VÖEN: 1500072561) ilə 4 524 565 manat, “Referans Pharmaceuticals” MMC (VÖEN: 1502717001) ilə 15 526 795 manat, “Zeytun Pharmaceuticals” MMC ilə (VÖEN: 1701688171) 3 280 063 manat, “Avromed Company” QSC (VÖEN: 1500166751) ilə 6 844 583 manat məbləğində müqavilə imzalanıb.
Agentlik dərman vasitələri üçün ümumilikdə 30 176 006 manat ödəyəcək.