Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) hazır yemək alışı ilə bağlı tenderin nəticəsini elan edib.
FED.az xəbər verir ki, “Agentliyin tabeliyində olan reabilitasiya müəssisələrində reabilitasiya xidməti alan şəxslərin hazır yeməklə təmin edilməsi xidməti” tenderinin qalibi Ziyafət İsa oğlu Fərzəliyev olub.
Həmin şəxslə 29.03.2024 tarixində 3 336 258 AZN dəyərində müqavilə bağlanıb.
Qeyd edək ki, bu tender çərçivəsində təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində 12 ay ərzində, həftədə 7gün, sutkada 3 dəfə olmaqla böyüklər üçün 156 950 ədəd, uşaqlar üçün isə 18 250 ədəd yeməyin alınması nəzərdə tutulub.
Tenderin məbləğini və yemək sayını nəzərə alanda 1 nəfər üçün yeməyin qiyməti 19 manat təşkil edir.
Xatırladaq ki, Ziyafət Fərzəliyevin Sosial Müdafiə Nazirliyindən (ƏƏSMN) udduğu ikinci belə tenderdir.
Belə ki, Z.Fərzəliyev 07.01.2024 tarixində imzalanan müqaviləyə görə, Nazirliyin “Sosial Xidmətlər Agentliyi”ndən 430 000 manatlıq sifariş qəbul edib.
Ziyafət Fərzəliyev dövlət qurumundan 3,3 milyon manatlıq – TENDER QAZANIB
10:14
30 Mart 2024