İcbari Tibbi Sığorta Agentliyi masaüstü kompyuter dəstlərinin satın alınması ilə bağlı tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, qalib "Htech İnvest" MMC (VÖEN: 2700951761) seçilib
Qalib şirkətlə 2 410 150 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, tenderdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş masaüstü kompyuter dəstlərinin satın alınması nəzərdə tutulur.