İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibb müəssisələri üçün tibbi avadanlıqların və tibbi alətlərin satın alınması (II elan)” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi «Medifarma» MMC olub. Şirkətlə 2 245 060 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl də Bakı Şəhər Heyvanat Parkının 240 min manat məbləğində “Meyvə-tərəvəz, dənli bitkilər və digər ərzaq məhsullarının satın alınması” tenderi üzrə müqavilə bağlanılıb (04.05.2022).