“Azərişıq” ASC “Şəmkir rayonu İrmaşlı kəndi ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi «Smart Energy Services» MMC olub. Şirkətlə 3 milyon 948 301 min manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl də qurumun 1 milyon 507 min 814 manat məbləğində “Paylayıcı Elektrik Şəbəkələrində itkilərin azaldılması məqsədilə Neftçala rayonu Mayak, Qırmızı şəfəq, Yenikənd kəndləri ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri” tenderi üzrə müqavilə bağlanılıb (01.12.2022).