Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi “Minivan tipli minik avtomobillərinin satın alınması” tenderinə yekun vurub .
FED.az xəbər verir ki, qalib “Autouniversal” MMC olub. Şirkətlə 679 min 680 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl Dayanıqlı Və Operativ Sosial Təminat Agentliyinin 244 min 496 min manat məbləğində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən “DOST” mərkəzləri üçün minivan tipli avtonəqliyyat vasitələrinin satın alınması” tenderi üzrə müqavilə imzalanıb. (24.11.2022)