Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi “Agentliyin tabeliyində olan reabilitasiya müəssisələrində reabilitasiya xidməti alan şəxslərin hazır yeməklə təmin edilməsi xidməti” tenderinə yekun vurub .
FED.az xəbər verir ki, qalib “Yenimotor” MMC olub. Şirkətlə 185 min 200 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin 107 min manat məbləğində “Avtomobil nəqliyyat vasitələrinin (pikap tipli)satınalınması” tenderi üzrə müqavilə imzalanıb. (23.12.2022)