Dövlət Sosial Müdafiə Fondu “Dövlət Sosial Müdafiə Fondunun Maddi–Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün pikap tipli xidməti minik avtonəqliyyat vasitələrinin satın alınması” tenderinə yekun vurub .
FED.az xəbər verir ki, qalib “Yenimotor” MMC olub.
Qalib şirkətə 331 500 manat ödəniləcək.
Qeyd edək ki, “Yenimotor” MMC 2019-cu ildən indiyədək ümumilikdə 10 tenderi qazanıb.
Qeyd edək ki, sifarişə 6 ədəd avtomobil daxildir.
Tələblər isə belədir: Ban növü: Pikap 5 qapılı (4 qapı+1 yük bölməsi qapısı) Buraxılış ili: 2022-ci il Yürüş: 0 km Zəmanət: 3 il və ya 100000 (bir yüz min) km (daha gec bitən göstərici (il və ya km) üzrə) Mühərrik həcmi min: 2,4 lt Maksimal gücü:100-150a.g aralığında Sürət qutusu: Mexaniki sürət qutusu Ötürücü.Tam Yanacaq növü.Dizel Oturacaq sayı. Min 5 Transmissiya. 6 MT Təhlükəsizlik Əyləclər(ön)-disk tipli, əyləclər(arxa)-baraban tipli, ABS+EBD, Sürücü və ön sərnişin təhlükəsizlik yastıqları 3 nöqtəli təhlükəsizlik kəmərləri, immobilayzer, mərkəzi kilidləmə İnteryer Kondinsioner, elektrik şüşəqaldıranlar, açarsız daxilolma və mərkəzi kilidləmə sistemi, bort kompyuter, Wide 2DIN AM/FM CD player Eksteryer Hallogen faralar, gündüz işiqlar, arxa bamper, arxa şüşənin qızdırıcısı