DOST Agentliyi növbəti tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, qalib "B2B Group" MMC (VÖEN: 1005873041) olub.
Qalib şirkətə 499 691 manat ödəniləcək.
Tenderdə Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən Agentlik, DOST mərkəzləri və Agentliyin təsis etdiyi təsərrüfat cəmiyyətlərində İT və yardımçı avadanlıqların dayanıqlı və fasiləsiz işləməsinin təmin edilməsi məqsədilə zəmanət və texniki xidmətlərin satın alınması nəzərdə tutulur.
Qeyd edək ki, "B2B Group" MMC bundan əvvəl KOBİA-nın 124 899 manat dəyərindəki "“Lisenziyalar, proqramlar və onlara texniki xidməti”nin satın alınması" tenderi üzrə müqavilə bağlayıb (24.07.2023).