DOST Agentliyi növbəti tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, qalib "B2B Group" MMC (VÖEN: 1005873041) olub.
Qalib şirkətlə 499 691 manat məbləğində müqavilə imzalanıb.
Tenderdə Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən Agentlik, DOST mərkəzləri və Agentliyin təsis etdiyi təsərrüfat cəmiyyətlərində İT və yardımçı avadanlıqların dayanıqlı və fasiləsiz işləməsinin təmin edilməsi məqsədilə zəmanət və texniki xidmətlərin satın alınması nəzərdə tutulur.