DOST Agentliyi “DOST Agentliyi “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC üçün inzibati bina sahəsinin icarəsinin satın alınması” üzrə tender elan edir
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 450 manatdır. Müsabiqə yanvar ayının 31-də başlayır.Tələb olunan sənədlər fevralın 21-dək, təkliflər isə martın 1-dək təqdim edilməlidir. Zərflər mart ayının 2-də açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 1305817761
Satınalan təşkilatın ünvanı: Bakı ş., İ.Qutqaşınlı 86. Çatdırılma yeri: Bakı şəhəri, Nəsimi rayonu.
Çatdırılma müddəti: Müqavilə imzalandıqdan sonra 17 (on yeddi) ay
• Ofislərin ümumi sahəsi (əsas və yardımçı sahələr daxil olmaqla) 3000-3500 m2-aralığında (3500 m2-dən çox olan ofis sahəsi üçün ödəniş nəzərdə tutulmur) ofis binası təmirli olmalıdır. • Binanın yerləşdiyi ərazi Bakı şəhəri, Nəsimi rayonu olmalıdır. • Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş çıxarışın və ya əmlakın mülkiyyətçiyə məxsusluğunu təsdiq edə bilən hüquqi qüvvəyə malik sənədin olmalıdır. • Ofislər daimi isti və soyuq su, işıq, istilik və soyutma sistemlərinə, işıqlandırma, havalandırma və yanğınsöndürmə sistemlərinə malik olmalıdır. • Ofislərin otaqlarının iç qapıları quraşdırılmış, divarları boya ilə boyanmış və ya divar kağızları ilə yapışdırılmış olmalıdır. • Ofislərin otaqlarının döşəməsi (parket və ya laminat) vurulmuş, tavanı təmirli vəziyyətdə. • Binanın otaq sayı ən azı 73 ədəd olmalıdır.(rabitə otağı, yeməkxana, arxiv otağı, akt zalı, iclas zalı, istirahət otağı, mətbəx, iş otaqları). • 1 ədəd rəhbər otağı (ayrıca sanitar qovşağı otağı ilə) • Minimum 28 ədəd ümumi istifadə üçün sanitar qovşağı olmaqla . • Tualet və vanna otaqları kaşı (kafel) və metlaxla üzlənmiş, santexnika avadanlıqları ilə təchiz olunmuş. • Kommunikasiya xətləri mövcud olan • Ofislərin yerləşdiyi binalarda sərnişin və yüklərin daşınması üçün liftlər olan • Ofislər daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış olmalıdır • Açıq mətbəx sayı 6 otaqdan az olmamalıdır.
Müddət: 17 ay