“Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tender audit xidmətlərinin satın alınması üzrə keçirilib. Tenderin qalibi "Abacus audit and consulting" MMC olub. Qalib şirkətə 8 260 manat ödəniləcək. Halbu ki, tender üçün təklif olunan qiymət 18 min 950 manat idi.
Qeyd edək ki, işlərə Beynəlxalq Standartlara (IFRS) uyğun tərtib edilmiş 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq audit standartlarına uyğun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətlərinin satın alınması.
Müəssisənin 31 dekabr 2024-cü il üzrə maliyyə hesabatlarının MHBS-ın prinsiplərinə uyğunluğuna müstəqil audit rəyinin verilməsi;
Şirkətdə tətbiq edilən mühasibat uçotu qaydalarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) və Mühasibat Uçotunun Beynəlxalq Standartlarına (MUBS) uyğunluğunun dəyərləndirilməsi və düzəliş ehtiyac olduğu zaman məlumatlandırılması;
• Şirkətin fəaliyyətinə və cari tətbiq olunan uçot siyasətinə uyğun olan yeni MHBS və MUBS üzrə tövsiyələrin verilməsi
• Auditin nəticələri barədə hazırlanacaq audit rəyi iki dildə - azərbaycan və ingilis dillərində tərtib edilməsi daxildir.