Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi kotirovka sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda Beynəlxalq Standartlara (IFRS) uyğun tərtib edilmiş maliyyə hesabatlarının beynəlxalq audit standartlarına uyğun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 100 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1307111641
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Yasamal rayonu Murtuza Muxtarova küçəsi 194
Müsabiqənin başlama tarixi və vaxtı: 07.07.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 21.07.2023 16:00
Zərflərin açılış tarixi və vaxtı: 21.07.2023 17:00
Ödəniş şərtləri - Müqavilə üzrə ödəmə malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılacaqdır.
Çatdırılma yeri - Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küç. 194
Çatdırılma müddəti - İl ərzində
Tender təklifi
Qiymət təklifi:
Qiymət kotirovkasının təsviri
Qiymət kotirovkasının qüvvədə olma müddəti
Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı
Təşkilati və hüquqi sənədlər:
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd
İddiaçının Rekvizitləri
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının sürəti(vergi Bəyənnaməsi)
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd
İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd
Malgöndərənin (podratçının) Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
Qeydiyyatdan keçdiyi ölkə
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış
İddiaçının Nizamnaməsi
Audit xidmətlərinin göstərilməsi üzrə Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən təqdim olunan lisenziya
Azərbaycan Respublikasında daimi Fəaliyyəti 5 (beş) ildən artıq olan audit və məsləhət xidmətləri şirkəti olması
Xidmət göstərənin işçi heyətində çalışan Audit fəaliyyətinə icazəsi olan auditorunun bu sahədə auditin başlama tarixinə iş təcrübəsi (təsdiqedici sənədlər təqdim edilməklə, minimum 10 il olmalı)
Xidmət göstərənin işçi heyətində çalışan 1 nəfərin ACCA kvalifikasiya proqramına daxil olan bütün imtahanları uğurla tamamlamış (member) olan peşəkar mütəxəsis olması (təsdiqedici sənədlər və müvafiq sertifikatın surəti təqdim edilməklə)
Xidmət göstərənin işçi heyətində çalışan 1 nəfərin ACCA kvalifikasiya proqramına daxil olan minimum 5 imtahanı uğurla tamamlamış peşəkar mütəxəsis olması (təsdiqedici sənədlər və müvafiq sertifikatın surəti təqdim edilməklə)
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Vahid İbadov, Maliyyə meneceri
Email: [email protected]
Əlaqə telefonu: 3202800 daxili 2241
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Müəssisənin maliyyə hesabatlarının 31 dekabr 2022-ci tarixə MHBS prinsiplərinə uyğun auditi və müstəqil auditor rəyinin verilməsi |
2022-ci il üzrə |
1 |
ədəd |
2 |
Müəssisədə tətbiq edilən mühasibat uçotu qaydalarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) və Mühasibat Uçotunun Beynəlxalq Standartlarına (MUBS) uyğunluğunun dəyərləndirilməsi və düzəliş etmək lazım gələrsə məlumatlandırılması |
2022-ci il üzrə |
1 |
ədəd |
3 |
Şirkətin fəaliyyətinə dair və cari tətbiq olunan uçot siyasətinə uyğun olan yeni MHBS və MUBS üzrə tövsiyyələrin verilməsi |
2022-ci il üzrə |
1 |
ədəd |
4 |
Auditin nəticələri barədə hazırlanacaq Audit Rəyinin iki dildə - Azərbaycan və İngilis dillərində tərtib edilməsi |
2022-ci il üzrə |
1 |
ədəd |
5 |
Xərclərin vahid büdcə təsnifatına uyğunluğunun yoxlanılması |
2022-ci il üzrə |
1 |
ədəd |
6 |
Sifarişçinin vergi və digər dövlət orqanları qarşısındakı hesabat və ödəniş öhdəliklərinin araşdırılması (mənfəət vergisi, ƏDV və mülkəlləfiyətə uyğun digər bəyannamələrin yoxlanılması) və Vergi Məcəlləsinə olan dəyişikliklərlə bağlı tövsiyyələrin verilməsi |
2022-ci il üzrə |
1 |
ədəd |