Dövlət Sosial Müdafiə Fondu audit xidməti ilə bağlı tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, "Dövlət Sosial Müdafiə Fondunun Aparat və digər struktur bölmələri üçün 2022-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditinin keçirilməsi xidmətinin satın alınması" tenderinin qalibi "KPMG Audit Azərbaycan" MMC (VÖEN: 1402738501) seçilib.
Qalib şirkətə 341 020 manat ödəniləcək.
Qeyd edək ki, "KPMG Audit Azərbaycan" daha öncə "Azərişıq" ASC-nin 128 620 manat dəyərindəki
"2020-ci ilin 31 dekabr yekunlarına görə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BHMS) uyğun maliyyə hesabatlarının audit olması xidmətlərinin satın alınması" tenderinin qalibi seçilib (24.12.2020).
"KPMG Audit Azərbaycan" MMC 06.02.2014-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 min manatdır. Qanuni təmsilçisi Vitaly Yakulyev-dir. Hüquqi ünvanı Az1010, Baki Şəhəri Nəsimi Rayonu, Neftçilər Pr., Ev 153, Port Baku Biznes Mərkəzi, Mərt.12-də yerləşir.