Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə 2 məktəbəqədər təhsil müəssisəsi, 17 tam orta məktəb binasının tikintisi və 2 modul tipli tam orta məktəb binasının quraşdırılması işləri üçün layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satın alınması üzrə müqavilə imzalayıb.
FED.az xəbər verir ki, satınalma prosedurunun nəticəsi olaraq müqavilə “Design Project” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanıb.
Layihənin ümumi dəyəri 2 milyon 500 min 18 manat 80 qəpik təşkil edir. Ehtimal olunan qiymət isə 2 milyon 815,3 min manat idi.













