Azərpambıq Aqrar Sənaye Kompleksi dəri barabanların satın alınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1305532271
Satınalan təşkilatın ünvanı: AZ1065 Bakı şəhəri, Yasamal r-nu,Tbilisi prospekti 35, ASK PLAZA, 3-cü mərtəbə
Müsabiqənin başlama tarixi və vaxtı: 05.07.2023 10:30
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 26.07.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 03.08.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 04.08.2023 10:00
Ödəniş şərtləri - Müqavilə üzrə ödənişlər mallar tam təhvil verildikdən və təhvil-təslim aktı imzalanıb təsdiq edildiqdən sonra, malgöndərənin təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında 15 (on beş) bank günündən gec olmamaq şərti ilə nağdsız hesablaşma yolu ilə aparılacaqdır.
Çatdırılma yeri - Şirvan şəhəri, Şirvan-Salyan şossesi, 4-cü km.
Çatdırılma müddəti - Satınalma müqaviləsi imzalandığı gündən etibarən malların 50 (əlli) faizi 30 (otuz) iş günü, geri qalan 50 (əlli) faizi isə 60 (altmış) iş günü ərzində tam təhvil verilməlidir.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması
İddiaçının son 3 (üç) illik analoji iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar
İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təqdim olunmuş maliyyə hesabatı
İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
Şərtlər toplusunun 2-ci Bölməsində qeyd olunan məhsulların nümunələri zərf açılışından 3 (üç) bank günü öncədən satınalan şirkətə yoxlanış üçün Bakı şəhər ünvanına (AZ1065, Bakı şəhəri, Yasamal rayonu Tbilisi pr. 35, 1033-cü məhəllə, 3-cü mərtəbə) təslim edilməsi
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) -Kamran Əlizadə, Aparıcı-mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: +994555001290
180 mm Role uzunluğu (derili kısmı), 1050 mm Milin uzunluğu (boydan boya), 1440 mm Milin ilk boyutları: 40x40 mm Milin rulmana oturacak parçanın çapı: 30 mm Mil metal materieli: ST 38
Sayı: 247 ədəd