“Dənizkənarı Milli Park” MMC “Panorama attraksionuna ehtiyat hissələrinin alınması, texniki xidmət, proqram təminatının texniki dəstəyi, yaranan xətaların səbəbinin müəyyənləşdirilməsi, aradan qaldırılması, analizi və həll edilməsi işləri”nin satın alınması məqsədilə açıq tender elan edir.
Agentlik 65 ədəd avtomobil alır - TENDER
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən şəxslər müsabiqə üzrə müəyyən edilən məbləğdə iştirak haqqını qanunvericiliyə uyğun şəkildə ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas Şərtlər Toplusunu əldə edə və müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.
İştirak haqqı: 250 manat.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
TƏŞKİLAT: “Dənizkənarı Milli Park” MMC
H/H: AZ94İBAZ40060019449360874209
VÖEN: 1700875431
ABB “Səbail” Filialı
KOD: 805056
VÖEN: 9900001881
M/H: AZ03NABZ01350100000000002944
SWİFT BİK: İBAZAZ2X
Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
1.İddiaçının tam adı, hüqu
qi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
2.Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
3.Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
4.İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə arayış;
5.Vergilərə və sair icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
6.Əsas Şərtlər Toplusunda müəyyən edilmiş digər müvafiq sənədlər.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun dövlət satınalmalarının vahid internet portalı (www.etender.gov.az) vasitəsilə keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri 19.10.2021-ci il, saat 12:00 tarixinə qədər və yuxarıda göstərilən digər sənədləri 27.10.2021-ci il, saat 12:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.
İddiaçıların təklifləri 28.10.2021-ci il, saat 12:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.
Əlaqələndirici şəxs: Maliyyə üzrə xəzinədar - Ağababa Babayev
Tel: (012) 404-95-96.