“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 65 ədəd təcili tibbi yardım avtomobillərinin satın alınması məqsədilə açıq tender elan edir.
Dövlət Turizm Agentliyi - Təkliflər Sorğusu Keçirir
FED.az xəbər verir ki, malgöndərənlərə (podratçılara) təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqavilənin icrasını təmin etmək üçün malgöndərənlər (podratçılar) lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən malgöndərənlər (podratçılar) aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin Əsas şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 170 ünvanından (əlaqələndirici şəxs: Anar Rəhimov, telefon: (+99412) 310-07-70 (daxili 2022), e-mail: [email protected]) ala bilərlər.
Tender 1 LOT üzrə keçirilir:
LOT-1. Yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 65 ədəd təcili tibbi yardım avtomobillərinin satın alınması.
İştirak haqqı: LOT-1. 500.00 (beş yüz) manat;
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
Təşkilat: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs
VÖEN: 1701911851
Hesab: AZ52AIIB38090019440013375105
Bank: Kapital Bank ASC Səbail filialı
Bankın VÖEN-i: 9900003611
Kod: 200059
Müxbir hesabı: AZ37NABZ01350100000000001944
S.W.I.F.T.BIK: AIIBAZ2X
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1) Tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;
2) Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3) Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanından arayış;
4) İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
5) İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);
6) Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra azı 30 bank günü qüvvədə olmalıdır);
7) Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
8) Tender iştirakçısının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat;
9) Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat;
10) Tender iştirakçısının satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmasının təsdiqi kimi kiçik, orta, yaxud hüquqi şəxslər birliyinin daxilində mikro sahibkarlıq subyekti olması haqqında müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş arayış;
11) Tender iştirakçısının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanı tərəfindən verilmiş arayış;
12) Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə);
13) İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
14) Tenderin Əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 15.10.2021-ci il saat 15:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 25.10.2021-ci il saat 17:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 170 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 26.10.2021-ci il saat 15:00-da Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 170 ünvanında aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. İddiaçı Əsas şərtlər toplusunun məzmununu, o cümlədən təlimatları, formaları və şərtləri tam olaraq öyrənməlidir. Əsas şərtlər toplusunu almış iddiaçının Əsas şərtlər toplusunun məzmunundan, o cümlədən təlimatlardan, forma və şərtlərdən kənar təklif verməsi onu bu məsuliyyətdən azad etmir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.