“Dendrologiya Bağı” Publik Hüquqi Şəxs (VÖEN – 1203178181) kotirovka sorğusu elan edir.
FED.az xəbər verir ki, aorğunun predmeti “2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunluğunun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi” xidmətinin satın alınmasıdır.
Ehtimal olunan qiymət 9 min 670 manat təşkil edir.
Tender 31 oktyabr 2025-ci il, saat 12:38-də dərc olunub. Təkliflərin təqdim olunma müddəti 19 noyabr 2025-ci il, saat 13:00-da başa çatır. Zərflərin açılışı eyni tarixdə – 19 noyabr 2025-ci il, saat 13:00-da keçiriləcək.
İştirak haqqı 19 manat 34 qəpik, istifadə haqqı isə 25 manat müəyyən olunub. Qeyd edək ki, təchizatçıların sayı üçdən az olduğu hallarda satınalma baş tutmadığı istisna olmaqla, iştirak və istifadə haqları geri qaytarılmır.
Əlaqələndirici şəxs – Vüsal Məmmədov
E-poçt: [email protected]
Telefon: +994 51 441 35 46
İddiaçılar təkliflərini 19 noyabr 2025-ci il, saat 13:00-a qədər Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, 89 ünvanına təqdim edə bilərlər.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







