“Respublika Psixiatriya Xəstəxanası” tərəfindən elan edilmiş tender ləğv edilib.
FED.az xəbər verir ki, “Respublika Psixiatriya Xəstəxanası” tərəfindən dəftərxana və təsərrüfat mallarının satın alınması üzrə elan edilmiş tender baş tutmayıb.
Satınalmada iştirak etmək üçün tələb olunan şərtlərə cavab verən təchizatçıların sayı üçdən az olduğu üçün müsabiqə ləğv edilib.
Bu da "Dövlət Satınalmaları Haqqında" qanunun 36.1.1-ci maddəsi ilə tənzimlənir.
Həmin maddəyə görə bu Qanunun 45.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduqda satınalma komissiyası satınalmanın ləğv edilməsi haqqında qərar qəbul edir.