İki ayrı-ayrı dövlət qurumunun elan etdiyi tenderlər ləğv olunub.
Mobil sağlamlıq platforması yaradılacaqdı - TENDER LƏĞV EDİLDİ
İştirakçı azlığı "DOST" Agentliyinin tenderlərini yarımçıq qoydu - DETALLAR
FED.az xəbər verir ki, ləğv edilən tenderlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə və Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinə aiddir.
Aqrar Xidmətlər Agentliyi və tabeliyindəki Mərkəzlər üçün dəftərxana və təsərrüfat mallarının satın alınması üzrə elan edilmiş tenderin ehtimal olunan qiyməti 256.843,99 AZN olub. Müsabiqə 23 may 2025-ci il saat 19:30-da dərc edilmiş, təkliflərin qəbulu 20 iyun 2025-ci il saat 12:00-da başa çatmalı idi. Zərflərin açılışı da həmin gün və saatda nəzərdə tutulmuşdu. Lakin 29 iyul 2025-ci il tarixində tenderin nəzarət orqanının qərarı ilə ləğv edildiyi bildirilib. Rəsmi sənəddə qeyd olunub ki, “satınalmanın 1 iş günü ərzində ləğv edilməsini xahiş edirik”.
Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən də dəftərxana və təsərrüfat mallarının satın alınması ilə bağlı tender proseduru həyata keçirilib. Tenderin ehtimal olunan qiyməti 97.204,34 AZN təşkil edib. Müsabiqə 2 iyul 2025-ci il saat 14:35-də elan olunub, təkliflərin son təqdim edilmə vaxtı 23 iyul saat 17:00, zərflərin açılış vaxtı da eyni tarix və saatda müəyyənləşdirilmişdi. Lakin 29 iyul 2025-ci il tarixində bu müsabiqənin də ləğv edildiyi bildirilib. Səbəb kimi isə “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsi, yəni təklif və təminat təqdim etmiş, lazımi lisenziya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması göstərilib.
Beləliklə, hər iki tender ya qanunvericilikdəki texniki səbəblərə, ya da nəzarət orqanlarının müdaxiləsinə əsasən dayandırılıb. Satınalma planlarının yenidən elan ediləcəyi və ya dəyişdiriləcəyi ilə bağlı hələlik əlavə məlumat təqdim olunmayıb.