Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsi elan etdiyi 4 tenderin qaliblərini açıqlayıb.
Eləcə də bax: “Azərsu” ASC fərqli istiqamətlərdə 3 tender elan edir - DETALLAR
FED.az xəbər verir ki, ümumi məbləği 4 milyon 696 min 218 manat olan 4 tenderi 3 şirkət qazanıb.
Həmin tenderlər aşağıdakılardır:
1). 2022-ci il üçün qış, yay tufliləri, uzunboğaz çəkmələr, kazarma başmaqları, idman ayaqqabıları və yüngülləşdirilmiş uçuş botinkaların alınması üzrə 469 min 569 manatlıq tenderi "ME.GA.AN" MMC qazanıb.
2022-ci il üçün uzunboğaz botinkalar və rezin çəkmələrin alınması üzrə 994 min 938 manatlıq tenderi də "ME.GA.AN" MMC udub.
Xatırladaq ki, "ME.GA.AN" MMC bundan əvvəl Dövlət Sərhəd Xidmətinin mələfə və balınc üzünün alınması üzrə 468 min 750 manatlıq tenderini qazanıb.
2). 2022-ci il üçün baş geyimlərinin, xüsusi paltarların, dəsmalların, yataq və hərbi ləvazimatlarının satın alınması 1 milyon 931 min 311 manatlıq tenderi "BUTA-TİKİŞ" MMC qazanıb.
3). 2022-ci il üçün əşya əmlaklarının satın alınması üzrə 1 milyon 300 min 400 manatlıq tenderin qalibi "BAKIXANOV TRİKOTAJ" ASC-dir.
Xatırladaq ki, bundan əvvəl "BAKIXANOV TRİKOTAJ" ASC Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinin 2021-ci il üçün əşya əmlaklarının alınması üzrə 1 164 540 manatlıq tenderini qazanıb.
Eləcə də bax: Nazirliyin 2 milyon manatlıq tenderini – BU ŞİRKƏT QAZANDI