Daxili İşlər Nazirliyi tərcümə xidmətlərinin satın alınması ilə bağlı müqavilə imzalayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Nazirlik «R-Biznes Seviz» MMC (VÖEN: 3700175911) ilə birmənbə metodu ilə 198,9 min manatlıq müqavilə imzalayıb.
Qeyd edək ki, «R-Biznes Seviz» MMC may ayının 15-də dövlət satınalmaları üzrə «etibarsız təchizatçı»ların siyahısına əlavə edilib.
Məlumata görə, buna səbəb - MMC-nin sövdələşmədən imtina etməsi olub. Nəticədə şirkətin dövlət satınalmalarında iştirakı bir illiyinə, - yəni 2027-ci ilin may ayının 14-ə qədər qadağan edilib.
Məlumat üçün bildirək ki, 2008-ci ilin mart ayında dövlət qeydiyyatına alınan «R-Biznes Seviz» MMC-nin qanuni təmsilçisi Səlimov Ehtiram Etibar oğludur. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Astara rayonu, Balaca Şahağacı kəndidir.













