2023-cü ilin oktyabrın 1-nə Azərbaycanda daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahəsində fərdi sahibkarların sayı 16 443 nəfər təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə bu sahədə fərdi sahibkarların sayı 709 nəfər və ya 4,5% artıb.
2022-ci ilin oktyabrın 1-nə bu göstərici 15 734 nəfər olub.