Gələn ildən Azərbaycanda vergilərin az ödənilməsinə və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyası artırılacaq.
Azərbaycanda vergi ödəməyənləri - BİABIR EDƏCƏKLƏR - YENİLİK
FED.az xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Xatırladaq ki, hazırda maliyyə sanksiyası əmtəəsiz əməliyyatların dəyərinin 6 %-i qədərdir. Təklif olunan dəyişikliyə görə isə, sanksiyanın məbləği sözügedən hallar təqvim ili ərzində ilk dəfə baş verdikdə əmtəəsiz əməliyyatların dəyərinin 10 %-i qədər, 2-ci dəfə baş verikdə əmtəəsiz əməliyyatların dəyərinin 20 %-i qədər, 3-cü və daha çox dəfə baş verdikdə isə əmtəəsiz əməliyyatların dəyərinin 40 %-i qədər olacaq.